PA-nın ictimai-siyasi məsələlər şöbəsinin fəaliyyəti genişləndirilib: Vüsal Quliyev sektor müdiri oldu

OXUNUB: 963 index-manşet SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.

İcmal.Az xəbər verir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq.

İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.

 

 

İcmal.Az

RƏYLƏR