Pakistan-Hindistan sərhədində gərginlik: Ölənlər var

OXUNUB: 714 DÜNYA

Dekabrın 26-da Hindistan-Pakistan sərhədində baş verən atışma zamanı ən azı üç pakistanlı hərbi qulluqçu ölüb, daha biri xəsarət alıb.

İcmal.Az-ın TASS-a istinadən xəbərinə görə, insident Ruh Çakri sektorunda baş verib.

Rəsmi İslamabad iddia edir ki, atəşkəs rejimi Hindistan ordusu tərəfindən pozulub. 

1947-ci ildən etibarən Kəşmir ərazisi Pakistan və Hindistan arasında mübahisəli ərazidir. Hazırda Kəşmirdə dövlət sərhədi yoxdur, ərazi nəzarət xətti ilə iki hissəyə bölünüb.

İcmal.Az

RƏYLƏR