Papua-Yeni Qvineyada zəlzələ nəticəsində 30-dan çox insan ölüb

OXUNUB: 555 DÜNYA

Papua – Yeni Qvineyada 7,5 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində 30-dan çox insan ölüb.

Bu barədə yerli hakimiyyət dairələrinə istinadən "Post Courier" nəşri yazıb.

Bildirilir ki, yeraltı təkanlar zamanı 300-dən çox insan xəsarət alıb, bir çox binalara ziyan dəyib. Hela və Cənub Dağlıq əyalətlərinə elektrik enerjisi verilişi kəsilib, zəlzələ həmçinin aviaəlaqənin pozulmasına gətirib çıxarıb.

Yeraltı təkanların ocağı yerin 35 kilometr dərinliyində qeydə alınıb./report

 

İcmal.Az

RƏYLƏR