Parlamentdə dava: Millət vəkilləri əlbəyaxa oldu - FOTO

OXUNUB: 821 DÜNYA
Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və müxalif Xalqların Demokratik Partiyasının (HDP) üzvləri arasında qarşıdurma yaşanıb.

Millət vəkilləri arasında mübahisəyə səbəb HDP-li deputatların "Türkiyə ordusu Afrində etnik təmizləmə aparır” deməsi olub.

 
Qarşıdurma zamanı HDP-dən olan üç millət vəkili yüngül xəsarət alıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub./trend

Parlamentdə dava: Millət vəkilləri əlbəyaxa oldu - FOTO
İcmal.Az

RƏYLƏR