Məlum olduğu kimi, Bakı şəhərinin Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən "AFEN Plaza”da güclü partlayış baş verib. Hadisə yerində olan əməkdaşımızın məlumatına görə, ərazidə çalışan mütəxəssislər partlayışın səbəbi kimi binanın yaxınlığından keçən magistral qaz xəttində yarana biləcək sızmanı istisna etmirlər. İlkin versiyaya əsasən, məhz həmin sızma nəticəsində maye qazın yığılması partlayışa gətirib çıxarmış ola bilər.
Əməkdaşımız hadisə yerindən görüntüləri, müşahidələrini və mütəxəssislərin ilkin açıqlamalarını redaksiyamıza təqdim edib.
























