Paşinyan Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif edib

OXUNUB: 1247 GÜNDƏM DÜNYA

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verən münaqişənin həlli planını açıqlayıb.

"RİA Novosti” xəbər verir ki, plan üç bənddən ibarətdir:

Hər iki tərəfin öz hərbi qüvvələrini sərhəddən geri çəkməsi;

Sərhəddə Rusiyanı və ya Minsk qrupu həmsədri olan hər hansı bir ölkəni (ABŞ və ya Fransanı) təmsil edən beynəlxalq müşahidəçilərin yerləşdirilməsi;

Beynəlxalq müşahidə altında sərhədlərin dəqiqləşdirilməsi.

RƏYLƏR