Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar edib

OXUNUB: 479 HADİSƏ

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov report-un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır./Anons.az


RƏYLƏR