Porno saytlara giriş yasaqlana bilər - Millət vəkilləri belə istəyir - FOTO

OXUNUB: 619 MARAQLI

Polşada mühafizəkarlar partiyası pornoqrafik saytlara girişin qadağan edilməsini təklif edir.

İcmal.Az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb kimi porno videoların vətəndaşların psixikasına mənfi təsir etməsi göstərilir.

Qanunun qəbul edilməsini təklif edən millət vəkilləri bildirib ki, porno saytlara giriş çox asandır və bu da bir müddət sonra asılılıq yaradır.

 

"Pornoqrafiya sağlamlığa təhlükədir, çünki bu pornoqrafik asılılıq pandemiyasına gətirib çıxarır", - millət vəkili Piotr Uscinski söyləyib.

Qeyd edək ki, statistikaya görə, hazırda Polşa vətəndaşlarının 50 faizi gündəlik olaraq porno saytlara daxil olurlar.

Porno saytlara giriş yasaqlana bilər - Polşada millət vəkilləri belə istəyir - FOTO

İcmal.Az

RƏYLƏR