Poroşenko İlham Əliyevi Ukraynaya dəvət edib

OXUNUB: 729 index-manşet SİYASƏT

Ukrayna prezidenti Petro Poroşenko İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazanılan qələbə münasibətilə təbrik edib.

İcmal.Az xəbər verir ki, bu barədə P.Poroşenkonun "Twitter” rəsmi səhifəsində bildirilib:

"Prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha da güclənəcək. Səbirsizliklə prezident İlham Əliyevi Kiyevdə gözləyirəm!”

İcmal.Az

RƏYLƏR