İcmal.Az oxucularına "Əxlaqlı adam” adlı yeni şeiri şərhsiz təqdim edirik:
Yorğunam mən
Özüm bilərəm
Yaşamağı dadıram
Yaxşılıqla yatıram
Yaxşılıqda yanıram
Mən yandıqca qanıram
Azmışam mən…
Pozğunluğun yollarında
Yatmışam mən
Yaxşılığın qollarında
Döşəyimin yorğanıyam
Yumru-yumru, yumur-yumru
Buludların arxasından
Vurğunuyam nəsihətin
Ölürəm acından onun üçün
Yeyərəm onu, "uff ” demərəm
Axı o, mənim hürriyyətim
Min bir sahibi vardır
Mənim təmiz əxlaqımın
Dedi-qodudan
Qorxusu olmaz
Saf su tək əxlaqımın
Səhər-axşam qalxanıyam
Çirkinliyin
Miskinliyin fərmanıyam
Küskünlüyün dərmanıyam
Qəmlər bir cür yozqundur
Dəmlər yüz cür yozqundur
Pozğunluğun acından
Ölüm acından...
Öldürəcəm acından
Ölün acından
O pozğun ki…
Mənim kimi bir pozğuna
Qoy rast gəlsin istəyirəm
Ey pisliyin pozğunları
Pozğun olub yaxşılıqda
Arxalıqda, yamanlıqda
Samanlıqda eşələnənlər
Köməyinə guya gələr
Səsə-küyə ürpənənlər
Alışdıqca
Mən pozğunam
Sən də pozğun ol deyəcək.
Mənim kimi…
İtin kimi etibarlı
Olmağı mən
İstəyirəm
Toxluğuyam yamanlğın
Çoxluğuyam tamamlığın
Vurğunuyam təsirliyin
Aşiqiyəm yönlülüyün
Heyranıyam adlılığın
Zirvəsiyəm yerliliyin
Usatdıyam çıxışlığın
Atılanıyam yaxşılığın
Heç kəs özünü
Saya bilməz.
Tam əxlaqlı adam
Nə qədər ki, deyil hamı tam əxlaqlı adam.