Prezident: "Əgər hər şey bizim fikirləşdiyimiz kimi gedərsə, hansısa mərhələdə sülh sazişinin də imzalanmasını istisna etmirik"

OXUNUB: 81 index-manşet SİYASƏT
"Bizim siyasətimiz həm müharibə dövründə, həm müharibədən sonra birmənalıdır. Mən bu siyasəti qısaca və dürüst ifadə edərək bu gün də deyirəm ki, bizim hədəfimiz sülhdür. Müharibə bizə lazım deyildi. Bu, məcburi tədbir idi. Bu tədbir bütün otuz illik səmərəsiz danışıqlardan daha effektli oldu”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

 

Dövlət başçısı bildirib ki, beləliklə, hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq: "Biz bütün olanları izləyirik, daha da diqqətlə izləyəcəyik. Biz təkcə işğal edilmiş ərazilərdə deyil, həm də Ermənistan ərazilərində vəziyyəti izləyirdik. Biz bütün yerdəyişdirmələri, o cümlədən uzaqmənzilli raketlərin də irəli çıxarılmasını görürdük, bu gün isə daha artıq dərəcədə görürük. Buna görə də mən erməni rəhbərliyinin hiyləgərlik etməsini, bizi aldatmağa çalışmasını məsləhət görmürəm. Bu, sadəcə, artıq mümkün deyil. Əgər Ermənistan tərəfindən bu cür yanaşma olarsa, o halda biz əlaqələrin bundan sonra möhkəmlənməsi planında münasibətləri quracağıq. Əlbəttə ki, əgər hər şey məhz bu cür, bizim fikirləşdiyimiz kimi gedərsə, hansısa mərhələdə sülh sazişinin də imzalanmasını istisna etmirik. Çünki 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir. Tərəflərdən biri digərinə qalib gəlirsə, tərəflərdən biri kapitulyasiya haqqında akt imzalayırsa, sülh sazişlərində daha nə lazımdır? Lakin 10 noyabrda imzalanan sənəd de-fakto elə Ermənistanın tam kapitulyasiyası barədə aktdır. Buna görə də, əlbəttə, biz bu yolla getməyə hazırıq”.

RƏYLƏR