Prezident İlham Əliyev Aleksandr Lapşini əfv edib

OXUNUB: 859 index-manşet SİYASƏT

Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.

 

Sərəncam imzalandığı gündən qüvvəyə minir".

 

 

İcmal.Az

RƏYLƏR