Prezident Mikayıl Cabbarovun səlahiyyətini əlindən aldı

OXUNUB: 226 Özəl İQTİSADİYYAT
Prezident İlham Əliyev "Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 21 oktyabr 2015-ci il tarixli fərmanında dəyişiklik edib.


AFN xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, bundan sonra Şuranın sədri iqtisadiyyat naziri deyil, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri olacaq.

İqtisadiyyat nazirinin müavini nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavininin əvəzində şuranın üzvlərinin sırasında yer alacaq.

Bundan başqa, fərmana əsasən, Şuranın fəaliyyətini Tarif (Qiymət) Şurasının Katibliyi deyil, Şuranın Katibliyi özü təşkil edəcək. Bu katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirəcək.

RƏYLƏR