Sabah Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə keçiriləcək. Cəmiyyətdə seçkilərə böyük marağın olması müşahidə olunur. Bəs, 11 aprel növbədənkənar prezident seçkilərində ənənəvi olaraq yüksək seçici fəallığının olacağı gözlənilirmi?
Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, hər zaman Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı seçici fəallığı gözləniləndən daha çox olub: "İnsanlar ölkədə keçirilən bütün seçkilərdə aktiv şəkildə iştirak edirlər. İllər ötdükcə də ölkə üzrə seçicilərin fəallığı artır. Belə ki, müstəqilliyin ilk illəri ilə müqayisə apardıqda, seçicilərin fəallığı daha çox müşahidə olunur. Sevindirici hal odur ki, gənclərimiz səsvermə prosesində çox aktivdilər. Seçici fəallığı bu dəfə də yüksək formada gözlənilir”.
İcmal.Az

























