Prezident Venesuelada əmək haqqını 2 dollara qədər yüksəldəcəyinə söz verib

OXUNUB: 563 DÜNYA

 Venesuela Prezidenti Nikolas Maduro ölkədə minimum əmək haqqını 58% artıracağına və bununla minimal əmək haqqının 2 dollar səviyyəsinə çatacağına söz verib.

Bu barədə "El Nacional" məlumat verib.

N.Maduro bildirib ki, martın 1-dən etibarən minimum əmək haqqı 248 min bolivardan 392,5 min bolivara qədər artırılacaq.

Qeyd edək ki, daha əvvəl Venesuela Milli Seçki Şurasının sədri Tibasay Lusena ölkədə prezident seçkilərinin may ayının ikinci yarısına planlaşdırıldığını söyləyib./report

 

İcmal.Az

RƏYLƏR