Prezident: “Yəqin ki, Kəlbəcər balı digər yerlərdən daha çox keyfiyyətli olacaq”

OXUNUB: 523 index-manşet SİYASƏT

"Bizim balımız da çox keyfiyyətlidir. Yəqin ki, Kəlbəcər balı digər yerlərdən daha çox keyfiyyətli olacaq. Ona görə gərək həm daxili bazarı təmin edəsiniz, həm də ixrac”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərdə arıçılarla söhbətində deyib.

Dövlət başçısı arıçılarla söhbət edib, xatirə fotosu çəkdirib. Arıçılar qeyd ediblər ki, bu, pilot layihədir. Əldə olunan məhsulun 20 faizi şəhid ailələrinə göndəriləcək. Qeyd edilib ki, gələcəkdə təsərrüfat sahəsi genişləndiriləcək.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.

RƏYLƏR