Priqojin “Vaqner”in Rostovda bir sıra obyektlərə nəzarəti ələ keçirdiyini açıqlayıb

OXUNUB: 141 DÜNYA
"Vaqner” rəhbəri Yevgeni Priqojin Cənub Hərbi Dairəsinin qərargahında müdafiə nazirinin müavini Yunus Bek Yevkurov və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyevlə görüşüb.

Görüşdən video Priqojinlə əlaqəli teleqram kanalları, eləcə də RT tərəfindən yayımlanıb.

Priqojin bildirib ki, ona Baş Qərargah rəisi Gerasimov və müdafiə naziri Sergey Şoyqu verilsin, əks halda, "Vaqner” Rostovu blokadaya alacaq və Moskvaya gedəcək.

Daha sonra Priqojinin mətbuat xidməti başqa bir videomüraciət dərc edib və o, onun döyüşçülərinin Rostov-na-Donudakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarəti ələ keçirdiklərini iddia edib.

RƏYLƏR