Səbail rayonu, Xaqani küçəsi 14 A ünvanında fəaliyyət göstərən "Prive Steak Gallery” restoranı ilə bağlı narazılıq var.
Vətəndaşın Patrul.az-a bildirdiyinə görə, obyektə gələn avtomobillər demək olar ki, hər gün yolun hərəkət hissəsində saxlanılır.
Şikayətçinin sözlərinə görə, nəqliyyat vasitələri yolu tamamilə bağladığı üçün digər sürücülər hərəkətdə çətinlik çəkir.
Vətəndaş bildirir ki, məsələ mütəmadi xarakter daşıyır və aidiyyəti qurumların nəzarət tədbirləri görməsini istəyir.
Qeyd edək ki, yolun hərəkət hissəsində qanunsuz parklanma inzibati məsuliyyət yaradır və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə risk formalaşdırır.























