Proqramda İbrahim K. həyat yoldaşının üçüncü uşağının ondan olmadığını iddia edib və 3 dəfə DNT testi etdirdiyini qeyd edib. Onun arvadı Maral K. da aparılan DNT testlərinə güvənmədiyi üçün canlı yayıma gəlib.
Maral K.-nın 3-cü uşağının ərazidə qatıqsatan Bayram S.-dən ola biləcəyi iddia edilib. O, bu iddiaları hər dəfə rədd edib, amma DNT testindən uşağın ərindən olmadığı dəqiqləşəndə canlı yayımda halı pisləşib.
Nəticədə Maral K. "Qatıqsatan Bayram mən istəmədiyim halda mənimlə bərabər olub, uşaq ondan ola bilər" deyib.
İcmal.Az

























