Putin ABŞ-ın birinci xanımını aldadıb

OXUNUB: 630 DÜNYA

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın birinci xanımı Melaniya Trampla balıq tutması barədə söhbətində yalana yol verdiyini deyib.

İcmal.Az-ın Lenta.ru-ya istinadən məlumatına görə, o, bu barədə "Dünya düzəni 2018” sənədli filmində danışıb.

Lent "VKontakte” sosial şəbəkəsində yerləşdirilib. ABŞ prezidentinin həyat yoldaşı ilə söhbət 2017-ci ilin yayında, Hamburqda keçirilən G-20 sammiti zamanı, Putinin Tramplar cütlüyü ilə ilk dəfə görüşdüyü vaxt baş verib.

Onun sözlərinə görə, söhbətin mövzularından biri də Rusiyanın təbiəti olub. Prezident Uzaq Şərq pələngləri, Kamçatkadakı ayılar və Sibirdə balıq ovu haqqında söhbət açıb.  

"Əlbəttə, belə hallarda, adətən olduğu kimi, bir qədər yalana yol verdim. Balıq ovu haqqında danışanda heç bundan yan keçmək olarmı?”, - deyə dövlət başçısı etiraf edib.

Həmsöhbətinin diqqətini cəlb etmək cəhdi barədə jurnalistlərin sualına cavab verərkən Putin bununla artıq məşğul olmadığını vurğulayıb. 

"Bununla çoxdan məşğul olmuram. Halbuki, bunu xoşlayırdım, bu, mənim uzun illər gördüyüm iş olub”, - deyə prezident qeyd edib.

"Dünya düzümü 2018” sənədli filmi prezidentin bir neçə intervyusundan ibarətdir. 2015-ci ildə jurnalistlər Putin haqqında digər bir layihəni təqdim ediblər: "Prezident” adlı sənədli lent 1999-cu ildən 2014-cü ilədək olan dövrü əhatə edib.

İcmal.Az

RƏYLƏR