Putin Amerika telekanalına Rusiyanın yeni strateji silah sistemləri barədə danışıb

OXUNUB: 545 DÜNYA

 Rusiya prezidenti Vladimir Putin ABŞ-ın NBC telekanalına müsahibəsində ölkənin yeni strateji silah sistemləri barədə danışıb.

O, bu silahlardan bəzilərinin artıq qoşunların döyüş növbətçiliyində olduğunu bildirib.

"Bu silah sistemlərinin hər biri müəyyən hazırlıq mərhələsindədir. Onların bəziləri artıq qoşunların döyüş növbətçiliyindədir", - deyə Rusiya prezidenti əlavə edib.

Bundan əvvəl Putin Federal Məclisə müraciətində Rusiya silahlarının yeni növlərini, xüsusilə də, "Sarmat" raket kompleksi, "Kinjal" aviasiya raket kompleksi və pilotsuz sualtı aparatı təqdim edib./report

 

İcmal.Az

RƏYLƏR