Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin vəzifəsindən azad edilib.
İcmal.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Xatırladaq ki, V.Doroxin Rusiya prezidentinin 2009-cu il 24 fevral tarixli fərmanı ilə ölkəsinin Azərbaycandakı səfiri postuna təyin edilmişdi.
İcmal.Az
























