Putin haqqında mahnı mükafatı aldı – VİDEO

OXUNUB: 504 DÜNYA

Amerikalı bəstəkar Rendi Nyuman "Putin” adlı mahnısı ilə "Ən yaxşı aranjımanı” nominasiyası üzrə "Grammy” mükafatına layiq görülüb.

Bu barədə mükafatlandırma mərasiminin təşkilatçılarına məxsus saytda bildirilir.

"O nəhəng traktor sürə bilir,

Transsibir vadisində

Nüvə raketi idarə edə bilir

Sol yarımkürəsi ilə,

Qadınlar itirir ağlını

Putin çıxaranda köynəyini

Belə anlarda, mən də qadın olmaq istəyirəm”, -  deyə mükafat qazandıran mahnının sözlərində deyilir.

Sözügedən mahnı Nyumanın "YouTube” hesabına da yeləşdirilib.

Yubiley - sayca 60-cı "Grammy” mükafatlandırma mərasimi ötən gün Nyu-Yorkda Medison-Skver Garden kompleksində baş tutub. Qaliblər  Amerika Səsyazma Akademiyası tərəfindən təltif edilib./oxu

 

İcmal.Az

RƏYLƏR