Putin “Kreml siyahısı” haqqında: İt hürər, karvan keçər – VİDEO

OXUNUB: 659 DÜNYA

Rusiya prezidenti Vladimir Putin ABŞ Maliyyə Nazirliyinin Konqresə təqdim etdiyi "Kreml siyahısına” münasibət bildirib. Putin seçki kampaniyası ilə bağlı səlahiyyətli şəxslərlə keçirdiyi görüşdə heç bir "Kreml siyasını” görmədiyini bildirsə də, zarafatyana adının siyahıya düşmədiyinə görə məyus olduğunu söyləyib.

Rusiya liderinin sözlərinə görə, bu sənəd ümumilikdə beynəlxalq münasibətlərə böyük zərər vurur, ancaq o, Rusiya və ABŞ əlaqələrinin "sıfır” səviyyəsinə çatdırılmasının tam axmaqlıq olduğunu hesab edir. 

"Onlar nə istəyir? Nə istədikləri barədə özləri konkret bir qərara gəlməlidirlər. Biz nə istədiyimizi bilirik: uzunmüddətli, stabil və beynəlxalq hüquqa söykənən münasibətlərin qurulmasını istəyirik”, - deyə Rusiya lideri bildirib.

"Mən bu sənədi görməsəm də, həmkarlarım məni bu barədə məlumatlandırıb... Biz özümüz barədə düşünməliyik, iqtisadiyyatla, kənd təsərrüfatı, səhiyyə, hərbi qüdrətin artırılması ilə məşğul olmalıyıq. İt hürər, karvan keçər”, – deyə Putin vurğulayıb.

Putin bildirib ki, Moskva hələlik cavab tədbirləri görmək niyyətində deyil./oxu

İcmal.Az

RƏYLƏR