Putinin hədiyyəsi Netanyahunu göz yaşlarına boğdu - GİZLİ TARİX - FOTO/VİDEO

OXUNUB: 570 DÜNYA

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahuya II Dünya Müharibəsi zamanı yüzlərlə yəhudini soyqırımdan xilas edən almaniyalı iş adamı Oskar Şindlerin həyat yoldaşına yazdığı orijinal məktubu hədiyyə edib.

 Bu barədə İsrailin hökumət sözçüsü Anna Conatan-Leus bildirib.

O, hədiyyənin Netanyahunu duyğulandırdığını deyib. Sözçü qeyd edib ki, baş nazir məktubu dünyanın ən böyük yəhudi soyqırımı araşdırma mərkəzi olan "Yad va-Şəm”ə təslim etmək niyyətindədir.

Qeyd edək ki, əslən alman olan Oskar Şindler Nasist partiyası tərəfindən məcburi şəkildə kölə kimi işlədilən yəhudiləri satın alır və sayca 3-cü fabriki olan "Emalia” emalatxanasını açaraq işçilərinə hamilik edir. O, yəhudi soyqırımı zamanı 1200-ə qədər yəhudini ölümdən xilas edir.

Şindler 4-cü fabrikini açarkən köməkçilərindən biri yeni fabrikdə işləməsi lazım olan 1200 yahudinin siyahısını hazırlayır. Məhz bu siyahı tarixə "Şindlerin siyahısı” kimi düşür. Almaniyalı iş adamı sonradan yahudi icmasının ən sevimli qəhrəmanlarından biri olur və ona "Millətlər içində ədalətli insanlar” ünvanı verilir. 1993-cü ildə rejissor Stiven Spilberq Şindlerin həyat hekayəsindən təsirlənərək bu hekayəni mavi ekranlara daşıyır./publika

İcmal.Az

RƏYLƏR