Qadını itələyib qatarın altına atan şəxs: "Şeytanın əmrini yerinə yetirdim" (VİDEO)

OXUNUB: 1011 DÜNYA
Braziliyada qorxunc hadisə yaşanıb.

İcmal.Az qaynarinfo-ya istinadən xəbər verir ki, San Pauloda metro stansiyalarının birində bir şəxs qatar gələn zaman platforma kənarında dayanan qadınlardan birini itələyərək onun önünə atıb. Möcüzəvi şəkidə relslərin arasına düşən qadın sağ qalıb. Yüngül xəsarətlə xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin yaxşı olduğu bildirilib.

Hadisədən sonra onu itələyən şəxs polis tərəfindən saxlanılıb. Əqli cəhətdən zəif olduğu düşünülən şəxs polisə verdiyi ifadəsində şeytanın əmrini yerinə yetirdiyini deyib.

Faktla bağlı cinayət işi açılıb.

 
İcmal.Az

RƏYLƏR