“Qafqaz Müsəlmanları İdarəsi İranın təsirindən çıxa bilmir” – İLAHİYYATÇIDAN SƏRT REAKSİYA

OXUNUB: 685 SOSİAL
Dini idarələrin fəaliyyəti cəmiyyətin mənəvi həyatında mühüm rol oynayır.

Azərbaycanda da din və dövlət münasibətləri balanslı şəkildə tənzimlənməyə çalışılsa da, bəzi hallarda bu tarazlıq pozulur.

Xüsusilə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti və xarici təsirlərə münasibəti ilə bağlı cəmiyyətdə narahatlıq doğuran məqamlar var.

Görəsən bu idarə doğrudan da müstəqil və milli maraqlara uyğun şəkildə fəaliyyət göstərirmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, elə məsələlər var ki, əgər onları dindarların ixtiyarına və ya Qafqaz Müsəlmanları İdarəsinin öhdəsinə buraxsaydıq, bu gün ölkənin yarıdan çoxu İranın və ya digər xarici dairələrin təsiri altına düşmüş olardır:
 
"Dövlət Komitəsi isə mövcud qanunları əsas götürərək, milli adət-ənənələrimizi müəyyən çərçivəyə salmağa çalışır.

Ancaq elə məsələlər də var ki, dünyəvi dövlət olduğumuz üçün dövlətin birbaşa müdaxiləsi mümkün olmur. Məsələn, şəriətlə bağlı bəzi dini ayinlər, qərarlar və fətvalar var ki, onların məsuliyyəti Qafqaz Müsəlmanları İdarəsinin üzərinə düşür. Amma təəssüf ki, bu idarə uzun illər boyu İranın dini liderlərinə baxaraq, onlardan ilham alaraq fətva verirdi. Bu, acı bir reallıqdır. Bunun da tarixi kökü hələ Çar Rusiyası dövründən gələn bir ənənəyə dayanır.

Bu gün belə, fətvalarda "orucluq bayramı filan günə təsadüf edir” kimi ifadələr işlədilir. Axı dində "təsadüf” anlayışı varmı? Terminologiya niyə düzgün seçilmir? "Təvafuq edir”, "müvafiq gəlir”, "uyğun gəlir” demək daha doğrudur. Ayın görünməsi məsələsi belə uzun-uzadı mübahisə obyektinə çevrilib.

Elə Aşura məsələsində də eyni problem yaşandı. Bu gün artıq aydın şəkildə görünür ki, bütün bu təfriqə və qarışıqlıq Fars rejiminin ideoloji təsirlərinin nəticəsidir. Məqsəd isə İslamı qarışdıraraq bölgədə, xüsusən də Azərbaycanda parçalanma yaratmaqdır. Yenə də dövlət qərar verir, Qafqaz Müsəlmanları İdarəsi fətva verir ki, Aşura ayın 5-dədir, amma onu gətirib ayın 6-da qeyd edirlər. Sanki biri Allahın Aşurasıdır, digəri isə hökumətin…”

Bu durumun məsuliyyətinin kimə aid olduğunu isə Tural İrfan belə izah edib:

"Bu, Qafqaz Müsəlmanları İdarəsinin zamanında düzgün istiqamətləndirə bilmədiyi, yetişdirdiyi adamların nəticəsidir.

Burada kimisə qaralamaq və ya hədəfə almaq məqsədi güdmürük. Əksinə, bu məsələlərdə aydınlıq və saflaşma olmalıdır. Artıq o köhnə çarizm dövrünün, sovet ideologiyasının və ya İran təsirində olan zehniyyətin idarədən təmizlənməsi, bu qurumun milliləşməsi vacibdir.

RƏYLƏR