"Qalaalti Hotel" qiymətləri 76 faiz artırdı - Süni qiymət artımı, yoxsa tələb və təklif?

OXUNUB: 702 İQTİSADİYYAT
İsti havalar yaxınlaşdıqca rayon və kəndlərdə hotellərin qiyməti kəskin şəkildə artır.
 
 
 "Qalaalti Hotel" aprel ayınadək olan qiymətlərini kəskin bahalaşdırıb. Belə ki, ötən ay ərzində 6 nəfərlik villa 1 gecəlik səhər yeməyi daxil 1.056 manata təklif edilirdisə may ayında bu qiymət 76 faiz və ya 456 manat bahalaşaraq 900 manata yüksəlib. Bu villaya 3 dəfə yemək daxil edildikdə isə qiymət 1.356 manat təşkil edir.

"Qalaalti Hotel"indən verilən məlumata görə, isti havalar yaxınlaşdıqca qiymətlər yüksəlir.

Qeyd edək ki, sözügedən qiymətlər 20 faizli endirimli qiymətlərdir.

RƏYLƏR