Qarlı havada Gəncənin yaşayış massivlərində qazın təziqi ilə bağlı problemlər yarandı

OXUNUB: 441 SOSİAL
Qarlı havaların höküm sürdüyü bu günlərdə Gəncə şəhərinin bəzi yaşayış massivlərində qazın təziqi ilə bağlı müəyyən çətinliklər yaranıb.Çətinliklər xüsusən şəhərin genişlənən hissəsində daha dəqiq desək Məhsəti qəsəbəsi, "AKTA 6" adlanan ərazidə və Bağmanlar  yaşayış massivində bu problemlər yaşanıb.Məsələyə münasibət bildirən Gəncə şəhər Qaz İstismar İdarəsinin baş mühəndisi Azər Bayramov 7NEWS.az-ın bölgə müxbirinə  faktı təsdiq edib.

"Dünən yüksək təziqli qaz kəmərində əmələ gələn texniki nasazlıqla əlaqədar olaraq qısa müddətdə Gəncə şəhərinin müxtəlif ərazilərində qaz təminatında zəiflik yaranmışdı. Operativ tədbirlər görülərək qəza halları aradan qaldırılmış və hazırda şəhərin qaz təminatında hər hansı bir problem yoxdur. Gəncə şəhərinin daxili qaz şəbəkəsi bizə imkan verir ki, şəhərin istənilən ərazisini normal təbi qazla təmin edək"

Azər Bayramov həmçinin bildirib ki, havaların soyuması ilə bağlı daxili tələbata uyğun verilir və şəhərin bütün əraziləri nəzarətə götürülüb.

" Əhali və qeyri əhali sektorunun qazın təziqinə olan təlabatı nəzərə alınır və lazım olduqda qabaqlayıcı tədbirlər görülür"-deyə A.Bayramov sözlərinə əlavə edib

RƏYLƏR