Qaz, su və elektrik enerjisini külli miqdarda talayanlara qarşı cinayət işi

OXUNUB: 681 SOSİAL

Azərbaycanda təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talanmasına görə, yeni və daha uzunmüddətli həbs cəzası tətbiq olunur.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidentinin təklifi ilə bununla bağlı Cinayət Məcəlləsinin 189-1 (Təbii qazın, suyun, elektrik və istilik enerjisinin talanması) maddəsinə bənd əlavə edilir.

Yeni bəndə görə, təbii qazın, suyun, elektrik və istilik enerjisini xüsusilə külli miqdarda talamaya görə, 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Hazırda bu maddədə yalnız külli miqdarda talama sanksiyasında ən yüksək cəza 4 ilə qədər azadlıqdan məhrumetmədir

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

İcmal.Az

RƏYLƏR