Qazaxıstanda qadın liftdə parçalandı

OXUNUB: 594 DÜNYA

Qazaxıstanın Aktyubinsk şəhərində gənc qadın liftdə üç yaşlı qızının gözləri qarşısında ölüb.

İcmal.Az-ın Qazaxıstan KİV-ə istinadən məlumatına görə, hadisə onmərtəbəli binada baş verib.

28 yaşlı Ayzat qızı İnkarla birgə liftə miniblər. 

Şahidlərin sözlərinə əsasən, liftin qapıları öz-özünə açılıb-bağlanmağa başlayıb. Bu zaman qadın liftdən çıxmaq istəyib, lakin bu, mümkün olmayıb.

"Qadının ayaqları qapının arasında qaldı. Lift isə aşağı düşməyə başladı. Qadının bədəni parça-parça oldu”, - qonşulardan biri deyib.

İcmal.Az

RƏYLƏR