Qəbələdə ağır qəza: 2 gənc öldü – YENİLƏNİB

OXUNUB: 670 HADİSƏ

Ötən gecə Qəbələdə baş vermiş ağır yol qəzasında ölən gənclərlə bağlı bəzi məqamlar üzə çıxıb.

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, saat 01 radələrində Qaraməryəm-Oğuz-Şəki yolunun Qəbələnin Zarağan kəndindən keçən hissəsində Xəlilov Məcid Feyzulla oğlunun idarə etdiyi "Toyota RAV 4" markalı 90-NB-811 dövlət nömrə nişanlı avtomobillə toqquşan "VAZ 2107”dəki gənclər ofisiant işləyirmiş.

Belə ki, Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlu və sərnişini, 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu ofisiant işlədikləri oteldən çıxıb gecə saatlarında evə tələsirmiş. Əlverişsiz hava şəraitində onların olduğu avtomobil qarşıdan gələn "Toyota”ya çırpılıb və hər iki gənc hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

10:11

Qəbələdə iki avtomobil toqquşub, ölənlər var.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 01:00 radələrində Oğuz-Qəbələ yolunda, Qəbələnin Zarağan kəndində Bakı şəhər, Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlunun idarə etdiyi "Toyota Rav 4" markalı 90-NB-811 dövlət nömrə nişanlı avtomobillə Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlunun idarə etdiyi "VAZ 2107" markalı, 66-BV-214 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə S. İsmayılov və sərnişini, 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR