Qəbiristanlıqda çəkilən görüntülər sosial şəbəkələrdə ciddi şəkildə qınanılıb.
İcmal.Az xarici mətbuata istinadla xəbər verir ki, fotolarda 4-5 oğlanın qəbiristanlıqda manqal keyfi çəkməsi, kabab bişirməsi, bişirdikləri kababları məzar daşlarının üstünə qoyması əks olunub.
Qəbiristanlıqdan tüstü çıxdığını görənlər oraya yaxınlaşdıqda gözlərinə inana bilməyiblər. Yaxınlıqda yaşayanlar qəbiristanlıqda kabab bişirildiyini gördükdə mobil telefonla həmin anları kameraya çəkib, sosial şəbəkələrdə paylaşıblar.
Foto sosial şəbəkələrdə kəskin tənqid edilib.
Kadrlar İngiltərənin Yorkşir qraflığında çəkilib.
İcmal.Az


























