Qəddafi “Mançester Yunayted”i almaq istəyib

OXUNUB: 542 DÜNYA

Liviyanın keçmiş siyasi-hərbi lideri Müəmmər Qəddafinin İngiltərənin "Mançester Yunayted” klubunun səhmlərinin 29.9 faizinə sahib olmağa çalışdığı ortaya çıxıb.

İcmal.Az xəbər verir ki, bu barədə "The Sunday Times”da məlumat dərc olunub.

Mənbənin verdiyi informasiyaya görə, maliyyəçi Mehmet Dalman 2004-cü ildə Qəddafi ilə danışıqlar üçün Liviyaya uçub.

"Liviyalılarla sövdələşmə, demək olar ki, baş tutmuşdu, insanlar bundan xəbərsizdir. Qəddafi kluba sahib olmuşdu. Şişirtmirəm, həqiqətən, bir neçə saata məsələ həll olunacaqdı”, – deyə Dalman bildirib.

Keçmiş Liviya liderinin "Qırmızı şeytanların” səhmlərinə sahib olmaq istəyi ilə bağlı danışıqların getdiyini Qəddafinin oğlu Saadi də təsdiqləyib.

"Atama deyirdim ki, bu, ingilis kilsəsini almağa bərabərdir. Çox çətindir, bəlkə də, mümkünsüzdür. Bu, qızıl klubdur”, - deyə o bildirib.

İcmal.Az

RƏYLƏR