Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə sağ qalanlar var.
Bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin məlumat verib.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.
Məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.