7NEWS.az xəbər verir ki, "Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək İctimai Birliyi fəaliyyət göstərdiyi müddət ərzində yerli donorların dəstəyi ilə bir çox sosial layihələri uğurla həyata keçirmişdir. Təşkilatımız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2024-cü il üzrə elan olunan qrant müsabiqəsində "Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə ilə iştirak etmiş və qalib olmuşdur.
Layihənin əsas məqsədi Bərdə rayonunda yaşayan, və təhsil alan yeniyetmə və gənclər , xüsusilə qızlar arasında erkən nigah və onun fəsadları ilə bağlı maarifləndirilmə tədbirlərini həyata keçirmək, onların bu sahədə biliklərini artırmaqdan ibarətdir. Layihənin müddəti üç aydır.
Layihə çərçivəsində erkən nigahların insan orqanizminə və həyatına təsiri haqqında sosial çarx, maarifləndirici bukletlər hazırlancaq. Psixoloqların və digər mütəxəssislərin iştirakı ilə yeniyetmələrin və onların valideyinlərinin iştirakı ilə tədbirlər keçiriləcək, erkən nigalar və onun fəsadları ilə bağlı ətraflı məlumatlar veriləcək, mövzudan bəhs edən sosial çarx nümayiş etdiriləcək və bukletlər paylanılacaq. İştirakçıların sualları mütəxəssislər tərəfindən çavablandırılacaq, könüllü sorğular keçiriləcək.
Yeniyetmə və gənclərin layiqli vətəndaş, sağlam mənəviyyatlı, vətənpərvər şəxsiyyət kimi yetışməsində ailənin rolu əvəzolunmazdır. Ailələrin vaxtında və düşünülmüş şəkildə qurulması onların davamlılığını təmin edən əsas amillərdən biridir. Sağlam və savadlı ana, sağlam və savadlı gələcəyin qarantıdır.