"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının İdarə Heyətinin qərarı ilə müharibə dövründə arxa cəbhədəki xidmətinə görə "Qızıl medal"la təltif olunanlar arasında "Gənclərin Elmi, Mədəni İnkişafı İctimai Birliyinin sədri Sərdar Yusifoğluda yer alır.
O, Vətən Muharibəsi zamanı informasiya savaşında göstərdiyi fədakarlığına görə təltif olunub.
Qeyd edək ki, Sərdar Yusifoğlu gənclər sektorunda fəaliyyəti ilə bərabər eyni zamanda genofondumuzun qorunmasında, yeni nəslin sağlam böyüməsi üçün yerli və beynəlxalq təşəbbüslərin müəllifi və iştirakçısıdır.
Sərdar Yusif oğlu ona göstərilən etimada görə Alyansın rəhbəri Elmar Məmmədova, İdarə Heyətinin üzvlərinə təşəkkür edib və fəaliyyətlərində uğurlar arzulayıbdır.
Yaşasın Bütöv Azərbaycan. Qarabağ Azərbaycandır!























