04 noyabr 2017-ci il tarixdə Sabunçu Gənclər Evində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təkan” Tələbə Gənclərin İctimai Birliyi tərəfindən "Qırılan ömürlər” gənclər arasında özünəqəsdin sosial-psixoloji amilləri mövzusunda çəkilmiş sənədli filmin təqdimatı keçirildi.
Təqdimatda Sabunçu rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, onlarınvalideyinləri də iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Sabunçu Gənclər Evinin metodisti Orxan Daşdəmirov açaraq toplaşmağın məqsəd və məramını iştirakçıların nəzərinə çatdırdı. Daha sonra çıxış üçün söz "Təkan” Tələbə Gənclərin İctimai Birliyinin üzvü, filmin ideya müəllifi Elşən Hüseynova verildi. O, "Qırılan ömürlər” gənclər arasında özünəqəsdin sosial-psixoloji amilləri mövzusunda çəkilmiş sənədli filmin çəkilməsinin məqsədi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. E.Hüseynov çıxışında son illər ölkəmizdə mütəmadi olaraq baş verən özünəqəsd hadisələrinin cəmiyyətdə böyük narahatçılıq yaratdığını, bunun cəmiyyətimiz üçün böyük bir sosial problem olduğunu bildirdi. O, bu barədə mütəxəssislərin ümumi fikirlərinə toxunaraq bildirdi ki, yeniyetmə və gənclər arasında intiharın artması bu qrupa daxil olanlar arasında psixoloji dözümsüzlük və iradə zəfliyinin, daim artan maddi və mənəvi sıxıntıların, bəzən isə özünü həyatda "gərəksiz” olmaları və s. amillərdir. Məhz bu cür yanaşmalar səbəbindən gənclərin müəyyən bir qismi depressiyaya düşür və nəticədə onların intihar etmək riski daha çox reallaşdığını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Daha sonra tədbir iştirakçılarına "Qırılan ömürlər” adlı sənədli film nümayiş etdirildi.
Sənədli filmin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.Tədbirdə iştirak edən müəllimlər və valideyinlər bu filmin həqiqətən də ciddi problemə toxunulduğunu və bunun məktəblərdə geniş təqdimatının keçirilməsinin vacibliyini vurğuladılar.
İcmal.Az

























