Moskvada, Qızıl Meydanda çəkilmiş foto Anastasiya Ovsyannivovanın və Maksim Qribanovun son romatik görüntüləridir. Video ilə fotoları Anastasiyanın rəfiqəsi Yuliya çəkmişdi.
Yuliya indi həmin görüntüləri Anastasiya haqqında ən parlaq xatirələri kimi göstərir.
28 yaşlı Anastasiya Ovsyannkiva 6 gün koma vəziyyətində qalandan sonra xəstəxanada keçinib.
"O, çox gözəl, şəfqətli, yaxşı insan idi. Dəfnə bütün şəhər yığışmışdı", - Yuliya deyir.

... Rusiyanın Lipetsk viayətindəki Lebedyan şəhərində yaşayan Anastasiya Ovsyanikovanın vəhşicəsinə döyülmüş vəziyyətdə, yarıçılpaq fotoları sosial şəbəkələrdə yayılandan sonra polis təhqiqata başlamışdı.
A.Ovsyannikovanın onun qeyri-rəsmi nikahda yaşadığı əri Maksim Qribanov tərəfindən döyüldüyü dəqiqləşib.
34 yaşlı Maksim arvadını 5 saat ərzində döyəndən sonra qadının fotolarını çəkib və sosial şəbəkələrdə paylaşıb.
Döyülən Anastasiyanın naləsini qonşu qadın eşidib. O, Anastasiyanın atasına zəng vuraraq baş verənlərdən danışıb.
Qızının mənzilinə gələn Serge Yakuşin şoka düşüb. Ata, qızını ölümcül döyülmüş vəziyyətdə görüb və onu xəstəxanaya aparıb.
Həmin gecənin az qala hər saniyəni xatırlayan Sergey Yakuşini qəhər boğur: "Ora gəldik, qapı açıqdı. İçəri girdim. Az qaldı ürəyim yatsın. Qızım bütün yaralar, şişlər içindəydi. Gözləri qapqara idi. Titrəyirdi. Dedim "Nastya, qorxma, səni xəstəxanaya aparıram!".. Qızım öldü"
Qonşuların dediklərinə görə, Maksim arvadını tez-tez döyürmüş. Anastasiya isə məruz qaldığı əzablar barədə valideynlərinə, rəfiqələrinə, qohumlarına bir kəlmə də demirdi.
Maksim Qribanovun sosial şəbəkələrdəki profillərində iddiliya, bəxtəfər ailə mənzərəsidi.
O, arvadına sosial şəbəkələrdə profil yaratmağı yasaqlamışdı. Anastasiya ondan ayrılmaq istədiyini, başqa kişini sevdiyini deyəndə isə qadını vəhşicəsinə döyüb.
Əvvəllər evli olmuş M.Qribanov birinci arvadını da döyürmüş.
8 yaşlı qızın və 5 yaşlı oğulun anasını öldürdüyünə görə M.Qrianovu 15 il həbs gözləyir./milli


İcmal.Az

























