Qiyməti rekord qırdı, 2300 dollara qədər yüksələcəyi təxmin edilir

OXUNUB: 774 İQTİSADİYYAT
Qızılın unsiyasının qiyməti 2 000 dollar səviyyəsini aşaraq yenidən rekord qırdı

Beynəlxalq bazarlarda qızılın qiyməti, əlavə təşviq gözləntiləri, aşağı faizlər və artan geosiyasi risklər ilə əlaqədar olaraq təkrar bütün zamanların ən yüksək səviyyəsinə qalxıb.

7News.Az xəbər verir ki, sərmayəçilər, koronavirus pandemiyasının iqtisadiyyat üzərindəki mənfi təsirlərini aradan qaldırmaq məqsədilə hökumətlərdən yeni təşviqlərin gələ biləcəyi gözləyirlər. Eyni zamanda, ABŞ-ın real faizlərində azalma davam edir və  geosiyasi risklər artır. Bütün bunlar qızılın "rallisini" gücləndirib və  qiymətlər 2000 dolları aşaraq yeni rekord səviyyələrə çatıb.

Qızıl bu il 30% bahalaşıb.  Hökumətlər və mərkəzi bankların yavaşlayan iqtisadiyyata təşviqlər ilə cavab verməsi qızılı daha da bahalaşdıra bilər. San-Francisko Fed sədri Mary Daly, Çərşənbə axşamı günü etdiyi şərhdə, ABŞ iqtisadiyyatının daha əvvəl düşünüləndən daha çox dəstəyə ehtiyac duyduğunu söyləyib. 

İqtisadiyatın normallaşmasının zaman tələb etməsi və pul vahidlərinin dəyərdən düşmələri "etibarlı liman" xüsusiyyətindəki qızılın dəyər qoruma vasitəsi olaraq cazibəsini artırır. Aralarında "Goldman Sachs Group"un da olduğu bəzi banklar qiymətin 2300 dollara qədər yüksələcəyini təxmin edirlər.

Bakı vaxtı ilə saat 10:05-də qızılın unsiyası 2022,97 dollardan əməliyyat olunub. Bu gün qiymət 2036 dolları test edib.
 
 
7News.Az

RƏYLƏR