Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndiriləm 1992-ci il təvəllüdlü İlqar Əhmədovun və xuliqanlıqda təqsirləndirilən 1983-cü il təvəllüdlü Emin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Mahmud Ağalarovun icraatımda olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə İlqar Əhmədov 19 il, Emin Cəfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
E.Cəfərov bu cinayəti üzrə 2 il cəza alıb, bundan öncəki həbsindən 7 il 6 ay cəzası qaldığı üçün toplanaraq 8 il cəza verilib.
Qeyd edəl ki, hadisə Binəqədi rayonundakı kafelərdən birində baş verib. Kafedə olan oğlanlardan birinin orada işləyən Aynurə adlı qıza sataşması davaya səbəb olub. 2017-ci il yanvarın 1-də həmin ərazidə küçədə 1997-ci il təvəllüdlü Murad Hüseynovun meyiti tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Əhmədov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, İlqar Əhmədov Murad Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. Rövşən Ağayev xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. İlqar Əhmədov qəsdən adam öldürməkdə, iki və daha çox adamı öldürməyə cəhddə, Emin Cəfərov isə xuliqanlıqda təqsirləndirilir. /qafqazinfo