Qovulan rusiyalı diplomatların sayı 150-ni ötdü

OXUNUB: 677 DÜNYA

Britaniyanın Solsberi qəsəbəsində keçmiş rusiyalı casusun zəhərlənməsi ilə əlaqədar deportasiya edilən rusiyalı diplomatların sayı 152 nəfərə çatıb.

Bütün dünya üzrə 28 dövlət Britaniya hökumətinə həmrəylik göstərərək, müxtəlif sayda rusiyalı səfirlik və konsulluq əməkdaşının ölkədən qovulması haqqında qərar çıxarıb.

Həmçinin dünən daha dörd dövlət "Skripal işi” ilə bağlı müşavirənin aparılması məqsədilə Rusiyadan səfirlərini geri çağırıb. Söhbət Lüksemburq, Malta, Portuqaliya və Slovakiyadan gedir.

Hələlik adı çəkilən ölkələr Rusiyalı diplomatları ölkədən qovmağı planlaşdırmır./oxu

İcmal.Az

RƏYLƏR