Qubalı pəhləvanlar olan Laçın və Hüseyn Abdulhüseynov qardaşları ABŞ-ın "America Got Talant" istedadlar yarışmasına qatılıblar.
"Qaynarinfo"nun məlumatına görə, onların səhnədə göstərdikləri performans həm münsifləri, həm də tamaşaçıları şoka salıb.
Dəhşətli çıxışı izləyə bilməyən münsiflərdən ikisi qırmızı düyməni tez basaraq onların performansına mane olublar.
Qeyd edək ki, adları "Ginnesin Rekordlar Kitabı"na düşməyə namizəd olan qardaşlar daha öncə də Ukraynadakı istedad yarışmasına qatılmışdılar.

























