Quldurdan qorxmadı, tapançasını əlindən almaq istədi - VİDEO - FOTO

OXUNUB: 599 MARAQLI

Ərzaq dükanına girmiş gənc satıcını tapança ilə təhdid edərək "Pulları ver!" qışqırıb. O, kassadakı pulları götürəndən sonra həmin vaxt dükanda olan alıcı qadını da qarət edib.

Olay Braziliyanın cənub-şərqindəki San Xose du Rio Pretu şəhərində yaşanıb.

Başında kapyuşon, əynində qırmızı rəngdə gödəkçə olan quldur alıcı qadını təhdid edərək onun çantasını əlindən almağa çalışanda qadın müqavimət göstərib.

Hətta qadın quldurun tapançasını onun əlindən almağa çalışıb.

Fəqət, qadın bacarmayıb: quldur pulların və avtomobilin açarının olduğu çantanı qaparaq qaçıb.

Bir qədər sonra bu gənclə onun atası həbs olunublar.

"Bu gəncin əlindəki tapançanın gerçək silah olmadığını anladım. Oyuncağı onun əlindən almağa çalışdım, bacarmadım. Başıma vurub çantamı qapdı və qaçdı", - Cəsarətli qadın polisə verdiyi ifadəsində deyib.

 

Dükanın kənarındakı videomüşahidə kameralarının çəkdiyi görüntüləri araşdıran polis cəmi bir saat sonra qulduru tapıb.

Onun yaşadığı evin qarajında oğurluq maşın da vardı.

Quldurun atası da elə oğurluq əşyaları saxlamaqda suçlanaraq tutulub.

İcmal.Az

Quldurdan qorxmadı, tapançasını əlindən almaq istədi

RƏYLƏR