“Quli”ni güllələyən öz dostu olub

OXUNUB: 1129 HADİSƏ
Xəbər verdiyimiz kimi, Azərbaycanlı "qanuni oğru”, kriminal aləmin lideri hesab olunan "Lotu Quli” ləqəbli Nadir Səlifov güllələnib.  


7News.Az xəbər verir ki, o Antalyada şam etdiyi dostu Xan Əhmədlinski tərəfindən sui-qəsdə məruz qalıb. İlkin məlumatda bildirilir ki, Xan Əhmədlinski də yaralanıb, lakin o, hadisə yerindən qaça bilib. Lakin sonradan Antalya-Dənizli yolunda polislər tərəfindən yaxalanıb. 

Bir sıra Türkiyə mediası Lotu Qulinin öldüyünü, bir hissəsi isə komada olduğunu yazır. 
 
 
7News.Az

RƏYLƏR