“RAHAT” MARKET QİYMƏTDƏ BELƏ ALDADIR… – ŞİKAYƏT

OXUNUB: 283 İQTİSADİYYAT
"Rahat” marketlərdə müştəriləri qiymətdə aldadırlar. Üstəlik, məhsulların üzərində Azərbaycan dilində heç bir məlumat yerləşdirilmir.

Sözügedən marketin müştərisi Əmirqulu Hüseyn şikayətlənir ki, marketdə məhsulun üstündəki qiymətlə kassa qiyməti adətən fərqli çıxır:

"Bir paket xurma almışdım, 10 dənəsinin qiyməti vurulmuşdu bir məhsula. Kassir deyir, 20 neçə manatdır. Mən fikir verməsəydim, 1 paketə 10 dənəsinin pulunu verəcəkdim.
Hazır çəkilib qoyulmuş ləbləbiləri də eyni cürə. Üzərinə 2.60 manat yazılan badam kassada 3.10 manat çıxır. Soruşuram bunun qiyməti neçiyədir? Deyir, üzərində yazılıb. Deyirəm, bax üzərinə, üzrxahlıq etmək əvəzinə, mənə başa salır ki, bu endirimli qiymət olub.
Demək olar, məhsulların 80%-inin altındakı qiymətlərinin yeri dəyişib. Bir çox məhsulun qiyməti qarışıq qoyulub. Bu da müştərini çaş-baş salır.
Rahatd marketdə bir çox xarici məhsulun üzərində tərkibi yazılmayıb. Səhv etmirəmsə, qanunla bütün paketlənmiş məhsulların üzərində tərkibi Azərbaycanca qeyd edilməlidir”.
 
 
 

RƏYLƏR