Müğənni Rahidə Baxışova "Maşın" şounu tərk edən aparıcı İlhamə Bədəlova haqda Baku.TV-yə danışıb.
İcmal.Az xəbər verir ki, müğənni sevincini belə dilə gətirib:
"Məni sinirləndirən insanları heç vaxt həyatımda da yanımda görmək istəməmişəm. Ona görə buna sevindim. Hamı buradan gedəcək. Amma gərək buradan gedəndə elə gedəsən ki, hörmətli olasan. Həyatda çox səbirli, dözümlü insanam. Hamının cavabını da verə bilirəm. Amma 23 ildir efirdəyəm və efir etikasını bilən insanam. İstəməzdim "Maşın"da kiminləsə incikliyim olsun. ”.
O, daha sonra qadınlara üzünü tutaraq "Əziz xanımlar, bundan sonra şəkil çəkdirəndə mənim kimi çəkdirməyin” deyərək İlhaməni lağa qoyub.
Sözügedən kadrları təqdim edirik:
İcmal.Az