Ramil Həsənin təşəbbüsü ilə qazilərimizin ailələrinə dəstək aksiyası həyata keçirilməkdədir

OXUNUB: 894 SOSİAL
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çağırışına qoşularaq, 91 saylı Ucar rayon Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputat Ramil Həsənin təşəbbüsü əsasında qardaş Türkiyənin xeyirxah iş adamlarının köməkliyi ilə Ucar rayonundan şəhid olmuş və yaralanmış qazilərimizin ailələrinə dəstək məqsədilə yardım aksiyası həyata keçirilməkdədir. 
Dövlətimiz tərəfindən I və II Qarabağ müharibəsində iştirak edən, həmçinin ərazi bütövlüyümüzün təmin edilməsində canlarını fəda etmiş Vətən oğullarına və onların ailə üzvlərinə hər zaman qayğı və dəstək göstərilir və göstərilməkdədir. Görülən işlərə dəstək olaraq xeyirxah iş adamları bu missiyaya qoşularaq dövlətin yanında olmaqdadır. Bu tarixi prosesdə ehtiyacı olan şəhid ailələrinə, qazilərə bundan sonrakı dəstəyin daha da genişlənərək davam etdirilməsi nəzərdə tutulmuşdur. Fürsətdən istifadə edərək təşəbbüsümüzə dəstək vermiş Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçilər İctimai  Birliyinə xüsusi təşəkkürlərimizi ifadə edirik.






RƏYLƏR