Ramil Usubov yeni polis rəisi təyin etdi

OXUNUB: 950 SOSİAL

Daşkəsən rayonunda polis rəisi vəzifəsinə yeni təyinat olub.

İcmal.Az-ın məlumatına görə, daxili işlər naziri, general polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Göygöl Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Vəfadar Orucov təyin olunub.

Daşkəsən rayonunun əvvəlki polis rəisi Fəxrəddin Abbasov isə Ağsu Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

İcmal.Az

RƏYLƏR