Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA Rəyasət Heyətinin iclası keçirilib. İCMAL.az-ın məlumatına görə, akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsinə seçilib.
Qeyd edək ki, R.Mehdiyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.
X X X
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA-da ümumi yığıncaq keçirilir. İclasda AMEA-nın Rəyasət Heyətinin üzvləri iştirak edirlər. Yekunda heyətin qərarı ilə AMEA-ya yeni prezident seçiləcək.